Şrift:
Donald Tramp Şimali Koreyanın raket sınaqlarını şərh edib
11.05.2019 [11:53] - Gündəm, Siyasət
ABŞ Prezidenti Donald Tramp “Politico” media təşkilatına müsahibəsində Şimali Koreyanın bu yaxınlarda həyata keçirdiyi raket sınaqlarını şərh edib.

Bu barədə xarici KİV-lərə istinadla xəbər verilir.

“Onlar yaxın mənzillidir və mən bunu etimaddan sui-istifadə kimi qiymətləndirmirəm”, - deyə Donald Tramp bildirib.

Bir qədər əvvəl Cənubi Koreya Silahlı Qüvvələrinin birləşmiş qərargah rəisləri komitəsi KXDR-in mayın 9-da iki reaktiv mərmini sınaqdan keçirdiyi barədə məlumat yayıb. Raketlər Pxenyandan 77 kilometr şimal-qərbdə yerləşən Sinori qəsəbəsi rayonundan şərq istiqamətinə atılıb. Onların biri 420, digəri isə 270 kilometr məsafə qət edib və Şimali Koreya ərazisini keçərək Yapon dənizinə düşüb.

KXDR Mərkəzi Teleqraf Agentliyi sınaq atışlarının fotoşəkillərini dərc edib və Kim Çen Inın böyük məsafəli silahlardan istifadə etməklə təlimlərin başlaması barədə əmr verdiyini bildirib.
Bu xəbər oxucular tərəfindən 360 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed