Şrift:
Ərdəbil valisi: Əyalətdə istehsal müəssisələrinin 34 faizi qeyri-fəal vəziyyətdədir
11.05.2019 [11:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil valisi Əkbər Behnamcu təmsil etdiyi əyalətdə istehsal və sənaye müəssisələrinin fəaliyyətsizliyindən danışıb.

O bu barədə Ərdəbil 2 nömrəli sənaye şəhərciyinin qeyri-fəal və yarı fəal istehsal müəssisələrinə baxış keçirərkən məlumat verib.

“Ərdəbil əyalətində istehsal və sənaye müəssisələrinin 34 faizi qeyri-fəal və durğun vəziyyətdədir. Bu müəssisələrin əksəriyyətinin kiçik problemləri var. Bu məsələ ilə bağlı ciddi müzakirələr aparılır.
Sənaye şəhərcikləri, o cümlədən Ərdəbilin 1 və 2 nömrəli sənaye şəhərcikləri yeni iş fürsətlərinin yaradılmasına və ümumiyyətlə bölgənin iqtisadiyyatına böyük töhvə verə bilər. Hesab eliyirəm ki, bunun üçün icra orqanlarrı, yatırımçılar və banklar bir-biri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir.”- deyə o bildirib.

Fəaliyyəti dayandırılmış istehsal müəssisələrinin yenidən işə başlaması üçün cəhd edəcəklərini bildirən vali bu istiqamətdə səlahiyyətli orqanları valiliklə birgə hərəkət etməyə çağırıb.

Qeyd edək ki, rejimin nüvə fəaliyyəti nəticəsində Amerika Birləşmiş Ştatlarının iqtisadi sanksiyaları ilə üzləşən İranda son illərdə görünməyən iqtisadi gərginlik hökm sürür. Ekonomi tənəzzül Azərbaycan əyalətlərində daha çox hiss olunur. Bu cəhətdən Azərbaycan əyalətlərində istehsal və sənaye müəssisələrinin əksəriyyəti fəaliyyətini dayandırmalı olub, bu vəziyyət bölgədə işsizlik səviyyəsini daha da artırıb.
Bu xəbər oxucular tərəfindən 400 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed