Şrift:
2018-ci ilin yanvarında yazılan şeir və yaxud pıçıltılı etiraf
11.05.2019 [12:17] - Gündəm, DAVAMın yazıları
Neçə gündür,səhərəcən
Xınalıqdan möcüzəli sirli xəbər gözləyirik.
Neçə gündür ərşə çıxan yuxulardan,

yalvarışla, faciədən uzaq olan
güman dolu,ümid dolu, dürlü xəbər
gözləyirik.
Neçə gündür, həm gecənin, həm gündüzün
dərdi-səri - Xınalıqdır.
Hər cümləmin mübtədası və xəbəri -
Xınalıqdır.
Neçə gündür hər sözümüz,hər fikrimiz-
Xınalıqdır.
Neçə gündür dekabrdan
qar görməyən Bakmıza
zümzüməli küləklərlə
qar gəlibdir.
Dünya bizə dar gəlibdir.
Biz hələ də tənbəl-tənbəl
dərələrin qarlarını bir qarışlıq
kürəklərlə kürəyirik ,

fikrimizi ora-bura sürüyürük.


Biz hələ də proqnozlar verə-verə
k ü l ə k l ə r i, kürəkləri, kələkləri
söyə-söyə,gözümüzü döyə-döyə
fırfıratək fırladırıq xəlbirləri,ələkləri.

...Təlim görmüş İtlər gəlib Avropadan
əlac üçün,xilas üçün.
İt də dözməz

bu soyuğa,
bu sazağa.
İş görəndə,gördürəndə,
bir binanı hördürəndə,
niyə yada düşməyibdir,
bu işlərdə əsas olan,
"bax bu, olar ", "bax bu,olmaz"
meyarıyla ölçüləsi
həm nəsihət, həm qadağa...

Ey kombili binalarda yuxulayan mühəndislər,
Görüləndə lazım olan mühüm işlər,
yuxunuza haram qatın,
mışıl-mışıl yatmayın siz,
başınızı "bəlkə"lərlə,xülyalarla qatmayın siz...

Bax bu-qələm,bax bu,kağız...
Çətindirsə bu iş sizə,
bicə dəfə,bircə ağız
Pıçıldayın:" Bacarmarıq biz bu işi,
İşi bilər yaxşı adam,yaxşı kişi"...

Biz də bilək işimizi ,
hirsimizdən qıçamayaq dişimizi.,
çətinliyə hazır olaq,
el yolunda ellər üçün
mətinliyə hazır olaq.

Nazim Nəsrəddinov.
Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed