Şrift:
“İsrafil Hüseynov” gəmisində partlayışda yaralanmış işçilərdən 1-i Fransada ölüb
13.05.2019 [11:02] - Hadisə
Mayın 8-də “İsrafil Hüseynov” gəmisində baş vermiş hadisədə yaralanmış "Saipem" şirkətinin 11 əməkdaşı ( o cümlədən Azərbaycan vətəndaşları) Türkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına nəql edilib.

Şirkətdən verilən məlumata görə, həmin şəxslər mayın 11-də "Medevac" - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə nəgl edilib.

Məlumatda qeyd edilib ki, daha yüngül xəsarət almış 3 şirkət əməkdaşı artıq vətənlərinə qayıdıblar: "Saipem" şirkəti dərin təəssüf hissi ilə bildirir ki, ən kritik olan əməkdaşımız bu gün səhər Fransada yerləşən xəstəxanada dünyasını dəyişib. Digər əməkdaşımızın həyat üçün təhlükə isə aradan qaldırılıb".
Bu xəbər oxucular tərəfindən 463 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed