Şrift:
Urmiyə aşıq məktəbinin qocaman sənətkarı aşıq Yusif vəfat edib
13.05.2019 [12:42] - Güney Azərbaycan xəbərləri
Urmiyə aşıq məktəbinin qocaman sənətkarı, ustad aşıq Yusif Ohanes mayın 12-də Urmiyədə vəfat edib.

Qərbi Azərbaycan İncəsənət Qurumunun musiqi və aşıqlar dərnəyinin müdiri Daryuş Əlizadə mərhumun ailəsinə başsağlığı verərək bu barədə məlumat verib.

“Aşıq Yusif Ohanes Urmiyə aşıq məktəbinin ən yaşlı və qocaman sənətkarı idi. O yaş və səhətində olan bəzi problemlər səbəbindən 93 yaşında dünyasını dəyişib.”- deyə Daryuş Əlizadə bildirib.

Onun sözlərinə görə, Yusif Ohanes çox tanınmış və aşıq sənətinə öz töhvəsini verən sənətkar olub. 80 ildən çox bu sənətdə olan qocaman sənətkar Urmiyə aşıq məktəbinin inkişafında böyük rol oynayıb. O əyalət, ölkə və beynəlxalq səviyyədə keçirilən mərasimlərdə davamlı iştirak edən sənətkarlardan biri olub.

Aşıq Yusif mərhum Yaqub Ohanesın oğludur. O 1926-cı ildə Urmiyənin Baranduzçay mahalının Dizə kəndində dünyaya göz açıb və aşıq musiqisi ilə uşaq yaşlarında dövrün məşhur sənətkarı olan atasının yanında tanış olub.

N.S
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed