Şrift:
Güney Azərbaycan Milli Hərəkatının gələcək fəaliyyəti ilə bağlı kitab nəşr olunub
13.05.2019 [12:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda Milli Hərəkatın gələcək fəaliyyəti haqda fars dilində kitab nəşr olunub.

“Nə etməliyik?” adlı kitabda Azərbaycan Milli Hərəkatının gələcək planları və fəaliyyəti ətrafında bəhs olunub.

Əsər bir neçə azərbaycanlı milli fəal tərəfindən qələmə alınıb və nəşr edilib. Bu əsərdə Milli Hərəkatdan əlavə, İran hökuməti, hökumətə müxalif cərəyanlar və onu tənqid edən qüvvələrlə bağlı məsələlər də analiz olunub.

Kitab artıq Güney Azərbaycan şəhərləri və paytaxt Tehranda soydaşlarımız arasında geniş şəkildə paylanılıb.

Kitabın PDF faylı GünAz TV saytında dərc olunacaq.

N.S
Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed