Şrift:
İlham Əliyevlə Paşinyan arasında görüş oldu
14.05.2019 [10:05] - Xəbərlər, Siyasət
Azərbaycan prezidenti İlham Əliyev Erməniastanın baş naziri Nikol Paşinyanla görüşüb.

Görüş Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş tədbir zamanı gerçəkləşib.

Görüş barədə Paşinyan jurnalistlərə belə məlumat verib:
“Biz cənab Əliyevlə şam yeməyi zamanı qısa söhbət etdik. Bu, Dağlıq Qarabağdakı hazırkı ümumi vəziyyət barəsində söhbət idi”.

İlham Əliyevlə gələcək görüş planları ilə bağlı suala isə Paşinyan "hələlik konkret plan yoxdur” deməklə cavab verib.

“Əminəm ki, danışıqlar prosesi davam etməlidir və indi Dağlıq Qarabağı danışıqlar masasına qaytarmaq çox vacibdir. Qarabağın iştirakı olmadan münaqişənini həllinə nail olmaq mümkünsüzdür”- deyə Paşinyan bildirib.
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed