Şrift:
Tbilisidə regional forumda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sessiya narazılıq yaradıb
14.05.2019 [10:47] - Gündəm, Siyasət
Tbilisidə keçirilən VI Cənubi Qafqaz Təhlükəsizlik Forumunda Dağlıq Qarabağ münaqişəsinə həsr olunan sessiyada iştirakçılar arasında narazılıq yaranıb.
Narazılıq sessiyada Azərbaycandan olan nümayəndənin iştirak etməməsi ilə bağlı olub.
Sessiyada “Eurasianet.org” resursunun Qafqaz üzrə redaktoru Coşua Kuçera moderator kimi, Beynəlxalq Böhran Qrupunun Gürcüstan ofisinin analitiki Olesya Vartanyan və “International Alert” təşkilatının Qafqaz üzrə regional meneceri Sofia Puqsley isə ekspertlər kimi çıxış ediblər.
Tədbirin onlayn platformasında “Nə üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş paneldə Azərbaycanı təmsil edən spiker yoxdur? Sizcə, bu, ədalətli yanaşmadır?” sualı yerləşdirilib. Sualı Azərbaycandan foruma iştirakçı qismində qatılan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidentinin köməkçisi Anastasiya Lavrina verib.
Moderator bildirib ki, sessiya iştirakçılarını forumun təşkilatçısı Stratpol təşkilatı müəyyən edib və bu məsələyə onlar cavabdehdir.
Stratpol təşkilatının rəsmisi sessiyanın sual-cavab hissəsinə müdaxilə edərək bildirib ki, hər il forumun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sessiyasında həm Azərbaycan, həm də Ermənistandan nümayəndələr iştirak edirlər. O qeyd edib ki, bu il bu formata müəyyən dəyişiklik etməyə qərar verilib.
Bu xəbər oxucular tərəfindən 357 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed