Şrift:
Ağa Musa Nağıyev barədə film çəkilir
14.05.2019 [11:26] - Mədəniyyət
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə "Nurlu əməllərin işığında" adlı sənədli film çəkilir.

Bu film Azərbaycanın məşhur milyonçusu Ağa Musa Nağıyevin vəfatının 100-cü ildönümünə həsr olunub. Filmdə Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyətindən geniş bəhs olunacaq.

Həmçinin, ermənilərin "İsmailiyyə" binasını yandırmasından, milyonçunun vəfatından sonra məzar yerinin bir neçə dəfə dəyişdirilməsindən də danışılacaq.

Sənədli filmin layihə rəhbəri milyonçunun nəvəsi, tədqiqatçı Dilarə Nağıyeva, rejissoru Etibar Məmmədov, redaktoru isə Büllur Cavadqızıdır.
Bu xəbər oxucular tərəfindən 98 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed