Şrift:
Güney Azərbaycanın şəfalı dağ bitkiləri kürdlər tərəfindən talan edilir
14.05.2019 [11:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Budan əvvəl xəbər verdiyimiz kimi, ətraf bölgələrdə yaşayan kürdlər Güney Azərbaycanın kənd və şəhərlərində insan sağlamlığı üçün yararlı olan dağ bitkilərini toplayaraq məntəqədən çıxarırlar.

Güney Azərbaycanın qərb bölgəsində yerləşən Xoy, Makı, Salmas, Sulduz, Qoşaçay, “Sayın qala” və Tikantəpə kimi şəhərlərin əkin yerləri və təbiəti bir qrup fürsətçi tərəfindən korlanır. Məlumata görə, kürdlər yaz fəslinin əvvəllərindən qrup-qrup Azərbaycan dağlarına üz tutur, onlar bölgədəki şəfalı bitkiləri yığmaqla yanaşı azərbaycanlılara məxsus əkin yerlərini təxrib edir, ağacları da kəsərək məhv edirlər.

Bu barədə soydaşlarımızdan biri bir video paylaşıb. O bölgə əhalisinin Azərbaycan təbiətinin təxrib edilməsinə laqeyd münasibətini tənqid edərək fürsətçilərin bölgənin təbiətinə vurduğu ziyan barədə xəbərdarlıq edib.

Məlumata görə, Təbii Qaynaqlar və Ətraf Mühit İdarələri mənfəət götürmək məqsədi ilə bölgəyə axışan fürsətçilərə qarşı heç bir tədbir görmür. Bu o halda baş verir ki, adını çəkdiyimiz idarələr sözügedən ərazilərdə heyvan otaran bölgə əhalisinə qarşı çox ciddi tədbir alır, onları cərimə ödəməyə məcbur edirlər.

N.S
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed