Şrift:
Şimali Kiprdə yeni hökumət formalaşdırılır
15.05.2019 [10:15] - Türk dünyası-Turan
Şimali Kiprin Prezidenti Mustafa Akıncı yeni hökumət formalaşdırılmasını Milli Birlik Partiyasına (MBP) həvalə edib.

Prezident Mustafa Akıncı parlamentdə təmsil olunan 6 partiya sədri ilə görüşəndən sonra bu qərara gəlib və yeni hökumətin tərkibini müəyyən etməyi MBP-nin sədri Ersin Tatara tapşırıb.

Xatırladaq ki, ötən il yanvarın 7-də Şimali Kiprdə parlament seçkiləri keçirilib. Fevralın 2-də isə seçkilərdə mandat qazanan 4 siyasi partiyanın iştirakı ilə koalision hökumət qurulub.

Cari il mayın 8-də Demokrat Partiyasının sədri Serdar Denktaşın tutduğu maliyyə naziri vəzifəsindən istefa verməsi səbəbindən koalision hökumətdə böhranı yaranıb.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 16 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed