Şrift:
Brexit razılaşması parlamentdə dördüncü dəfə səsverməyə çıxarılacaq
15.05.2019 [10:29] - Gündəm, Siyasət
Böyük Britaniyanın Baş naziri Tereza Mey Avropa İttifaqı ilə əldə etdiyi Brexit razılaşmasını dördüncü dəfə parlamentdə səsverməyə qoyacaq.

Baş nazir və müxalifət lideri Ceremi Korbin arasında keçirilən görüşdən sonra səsvermə olacağı açıqlanıb. Səsvermənin deputatların yay istirahətinə çıxmasından əvvəl keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Brexit müqaviləsi 3 dəfə səsverməyə çıxarılsa da, parlament tərəfindən qəbul edilməyib.

Aynurə Tağıyeva
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed