Şrift:
“Traxtur”un növbəti rəqibi: “Fulad”
15.05.2019 [11:35] - Güney Azərbaycan xəbərləri
Təbrizin “Traxtur” futbol komandası super liqa yarışları çərçivəsində daha bir önəmli görüşə hazırlaşır.

İran üzrə futbol klublarının super liqa yarışlarının 30-cu həftəsində “Traxtur” komandası Xuzistanın “Fulad” klubunun qonağı olacaq.

Görüş mayın 16-ı Təbriz vaxtı ilə saat 21:30-da Əhvazın Təxti stadionunda başlayacaq.

“Traxtur”-“Fulad” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

Qeyd edək ki, bu həftə İranda 18-ci super liqa yarışlarının sonuncu görüşləri keçirilir. Bu cəhətdən “Traxtur”-“Fulad” görüşünün nəticəsi xüsusi əhəmiyyət kəsb edir.

N.S
Bu xəbər oxucular tərəfindən 376 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed