Şrift:
Venesuelanın hökumət və müxalifət nümayəndələri Norveçdə danışıqlar aparacaq
16.05.2019 [11:04] - Siyasət
Venesuela müxalifətinin və prezident Nikolas Maduronun nümayəndələri Norveçə yola düşüblər.
Bu barədə Venesuelanın hökumət nümayəndəsinə istinadən "Associated Press" bildirib.
Qeyd edilir ki, səfərdə məqsəd ölkədəki siyasi böhranın aradan qaldırılması yollarını müzakirə etməkdən ibarətdir. Venesuela müxalifətindəki mənbə əlavə edib ki, danışıqlarda yüksək vəzifəli məmurlar iştirak edəcəklər. O, danışıqlar barəsində əlavə təfərrüatları açıqlamayıb.
Prezident Maduro özü isə danışıqların aparılması faktını birbaşa təsdiqləməyib, ancaq bildirib ki, rabitə və informasiya naziri Xorxe Rodriqes əhəmiyyətli missiya ilə ölkə xaricindədir.
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed