Şrift:
“Ərdəbil səhiyyə turizmində Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verir”
16.05.2019 [11:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil Əyaləti Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəisi təmsil etdiyi əyalətin səhiyyə turizmində Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verdiyini bildirib.

“Hər il İraq və körfəz ölkələrindən müalicə məqsədi ilə ölkəyə çox sayda turist gəlir. Onların Ərdəbil Əyalətinə cəlb olunması məqsədəyuğundur. Özəl sektor da bu işdə aktiv olmalıdır.
Biləsuva sərhəd-keçid məntəqəsindən ölkəyə gələn Azərbaycan vətəndaşlarının Ərdəbilə müraciət etməsi isə əyalət üçün xüsusi əhəmiyyət kəsb edir. Biz hələlik onlara üstünlük veririk.”- deyə Nadir Fəllahi bildirib.

Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəisi qeyd edib ki, Biləsuvar sərhəd-keçid məntəqəsində hər il 1.5 milyondan çox Azərbaycan vətəndaşlarının giriş-çıxışı qeydə alınır, onlardan təxminən 40 faizi müalicə məqsədi ilə ölkəyə gəlir.

“Xarici turistlərin daşımaçılıq işləri, onları tibb mərkəzlərinə çatdırmaq və s. kimi işlər özəl sektorə aiddir, bu istiqamətdə sərmayə yatırmaq lazımdır.”- deyə Nadir Fəllahi əlavə edib.

N.S
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed