Şrift:
3 ildir bu tarixi abidələri ziyarət etmək mümkün deyil – Marağada
16.05.2019 [11:40] - Güney Azərbaycan xəbərləri
Marağanın tarixi Göy və Dairəvi Günbəz abidələrinin qapısı 3 ildir ki, turistlərin üzünə bağlanıb.

Məlumata görə, 3 il əvvəl tarixi abidələrdə təmir-bərpa işlərinə başlanılıb, lakin vəsait çatışmazlığından layihənin icrası təxminən 1 il müddətinə dayandırılıb və aradan 3 il keçməsinə baxmayaraq təmir işləri hələ də yekunlaşmayıb.

Bölgə əhalisinin dediyinə görə, Göy Günbəzin üstü 3 ildir ki, çadırla örtülüb, bu, tarixi abidənin təxrib olmasına səbəb olub.

İranın Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının Muzeylər işləri üzrə məsulu Məhəmmədrza Kargər də abidələrə baxış keçirərkən tarixi binanın çadırla qorunub saxlanılmasının mümkün olmadığını bildirib. O vurğulayıb ki, abidənin üstü düzgün şəkildə bağlanmasa, tarixi binaya ciddi ziyan dəyəcək.

Məhəmmədrza kargər tarixi abidələrdə təmir-bərpa işlərinin sürətlə davam etdirilməsinin vacib olduğunu xüsusi vurğulayıb.

Göy Günbəzlə bir neçə metrlik məsafədə yerləşən Dairəvi Günbəz Türbəsinin də təmirə ciddi htiyacı var. Baxımsız vəziyyətdə olan tarixi abidə qar və yağışın altında qalıb məhv olmaq üzrədir.

Qeyd edək ki, Azərbaycan memarlığının maraqlı nümunələrindən olan Göy Günbəz və Dairəvi Günbəz Türbəsi Səlcuqlar dövrünə aiddir.

Tarixi abidələrin baxımsız vəziyyətdə buraxılması, hətta onların qəsdən təxrib edilərək sıradan çıxarılması faktlarına Güney Azərbaycanın hər yerində rast gəlinir. Bütün bunlar İran rejiminin Azərbaycan türk millətini hədəfə alan asimilasyon siyasətinin tərkib hissəsidir. Soydaşlarımız Azərbaycanın tarixi əsərlərini qoruyub saxlamaq üçün əlindən gələni edir, bu istiqamətdə İran rejiminə bəzi yerli məsullar tərəfindən də etiraz edilir.

N.S
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed