Şrift:
Türkiyə parlamentində TÜRKPA-nın yubiley tədbiri keçirilib
17.05.2019 [09:30] - Xəbərlər, Türk dünyası-Turan
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) yaranmasının 10 illiyi münasibətilə Türkiyə Böyük Millət Məclisində tədbir keçirilib.

Əvvəlcə yubiley münasibətilə təşkil olunan fotosərginin açılışı olub.

Sonra təşkilatın yubileyi şərəfinə “TÜRKPA-10 il” yubiley medallarının təqdimat mərasimi keçirilib.

Türkdilli Ölkələrin Parlament Assambleyasının Sosial, mədəni və humanitar məsələlər komissiyasının Ankarada keçirilən 7-ci iclasının iştirakçıları, eləcə də Milli Məclisinin deputatı, TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini Sevinc Hüseynovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti mərasimdə iştirak edib.



Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed