Şrift:
Mayın 26-da Gürcüstanda bütün ölkə ərazisində eyni vaxtda dövlət himni ifa olunacaq
17.05.2019 [09:46] - Gündəm, Bildiriş
Mayın 26-da Gürcüstanda ilk dəfə ölkə üzrə eyni vaxtda geniş miqyaslı aksiya keçiriləcək.

Gürcüstanın Müstəqillik Günündə saat 17:10-da bütün ölkə vətəndaşları dövlət himnini ifa edəcəklər.

Bayram tədbirinin təşkilatçıları bununla əlaqədar ölkə vətəndaşlarına, idarə və müəssisələrə müraciət ediblər.

Dövlət himni meydan, prospekt, ictimai nəqliyyat vasitələrində, o cümlədən avtobus və qatarlarda eyni vaxtda ifa olunacaq.

Məlumat üçün qeyd edək ki, 1918-ci il mayın 26-da Noy Jordaniya saat 17:10-da ölkə vətəndaşlarını ilk Gürcüstan Demokratik Respublikasının yaranması münasibətilə təbrik edib və müvafiq aktı imzalayıb.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed