Şrift:
İranlı qadın haqları fəalı Nahid Şəqqaqi öz evində “ETTELAT” tərəfindən həbs edilib
17.05.2019 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranlı qadın və uşaq haqları aktivisti Nahid Şəqqaqi öz yaşadığı evdə “ETTELAT” əməkdaşları tərəfindən saxlanılaraq, naməlum istiqamətdə aparılıb.

Bu barədə fəalın qardaşı öz “İnstagram” səhifəsində yazıb. Onun sözlərinə görə, bacısını ona zəng vurub, “ETTELAT” əməkdaşlarının evinin qapısını döydüyünü deyib. O, bacısının evinə gəldikdə isə qapının qırıldığını və Nahid Şəqqaqinin artıq evdə olmadığını görüb.

İranlı insan haqları fəallarının dediklərinə görə, ailəsi Evin həbsxanası və Şəqqaqinin yaşadığı bölgənin polis idarəsinə zəng etsə də, hələ ki, onun harada və hansı şəraitdə saxlandığı barədə məlumat əldə edə bilməyib.

Qeyd etmək lazımdır ki, İranda insan haqları kobud şəkildə pozulur və bu sahədə fəaliyyət göstərən aktivistlər müxtəlif təzyiqlərə, həbs və işgəncələrə məruz qalırlar.

Beynəlxalq insan haqları təşkilatı olan “Amnesty İnternational” cari ilin yanvar ayında yaydığı illik hesabatda 2018-ci ili İran üçün utanc ili kimi dəyərləndirmişdi. Hesabata əsasən, ötən il ərzində İranda ümumilikdə milli mədəni və dini fəllar, tələbələr, fəhlələr, müəllimlər, jurnalistlər, eləcə də qadın haqları, işçi və ətraf mühit aktivistləri də daxil olmaqla, 7 mindən çox insan həbs edilib.
Bu xəbər oxucular tərəfindən 13 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed