Şrift:
Özbəkistanda beş nəfərdən ibarət bir ailə qətlə yetirilib
17.05.2019 [11:14] - Gündəm, Hadisə
Ötən gecə Özbəkistanın Səmərqənd vilayətinin Kuşrabat rayonunda “Damas” markalı maşında beş nəfərin cəsədləri aşkar edilib.

Özbəkistan Baş prokurorluğunun mətbuat xidməti xəbər verir ki, bir ailənin üzvləri - ata, ana və onların 14, 17 və 20 yaşlı oğlanları işgəncə ilə öldürülüb.

Ailə başçısı yaxınlıqdakı fermer təsərrüfatında çalışıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 445 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed