Şrift:
Əsrlərin yaddaşından süzülüb gələn tariximiz
18.05.2019 [10:19] - Gündəm, Sosial, Bildiriş
Salyanda 18 May Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Əsrlərin yaddaşından süzülüb gələn tariximiz” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Salyan Rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Ramil Bayramov Muzeylər Gününün Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunduğunu vurğulayıb, bu bayramın bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirildiyini bildirib. Ölkəmizdə milli-mənəvi dəyərlərin, o cümlədən muzeylərin işinə daim diqqət və qayğı göstərildiyini qeyd edən natiq tarix diyarşünaslıq muzeyinin rayonun ictimai həyatında mühüm rol oynadığını deyib.

Salyan Rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, tarixçi Sahib Həsənov və başqaları muzey işçilərini peşə bayramı münasibətilə təbrik edib, uğurlar arzulayıblar.

Ümumtəhsil və uşaq musiqi məktəblərinin şagirdləri və məktəbəqədər tədris müəssisələrinin uşaqları rəqs edib, mahnı və şeirlər oxuyublar. Tədbirdə, həmçinin gənc həvəskar rəssamların əsərləri də nümayiş olunub.

Sonda tədbirdə fəal iştirak edən təhsil müəssisələrinə və gənc rəssamlara fəxri fərmanlar verilib.
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed