Şrift:
Azərbaycan Gürcüstana neft məhsulları ixrac edən ölkələr sırasında üçüncüdür
18.05.2019 [10:42] - Gündəm, İqtisadiyyat
Cari ilin yanvar-aprel aylarında Gürcüstanın ən çox benzin və dizel yanacağı, eləcə də digər neft məhsulları aldığı üçüncü ölkə Azərbaycan olub.

Bu barədə Gürcüstanın Neft Məhsulları İxracatçıları İttifaqı məlumat yayıb.

Bildirilir ki, Gürcüstan yanvar-aprel aylarında 318,9 min ton neft məhsulları idxal edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azdır. İdxal olunan məhsulun 175,6 min tonunu benzin, 143,3 min tonunu isə dizel yanacağı təşkil edib.

Gürcüstana benzin və dizel yanacağı ixrac edən ölkələr sırasında Rusiya birinci yerdədir. Dörd ayda Gürcüstan Rusiyadan 100,6 min ton benzin və dizel yanacağı idxal edib. Bu da Gürcüstanın ümumi yanacaq idxalının 31,5 faizini təşkil edib. Rusiya bu göstərici ilə 2018-ci ildən etibarən Rumıniyanı üstələyib. Rumıniya son bir neçə ildə Gürcüstanın ən böyük neft məhsulları təminatçısı olmuşdu.

Dördüncü, beşinci yerləri müvafiq olaraq Bolqarıstan və Türkmənistan bölüşür.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed