Şrift:
“Qalatasaray” klubu Ərdəbildə nümayəndəlik açıb
18.05.2019 [10:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türkiyənin məşhur “Qalatasaray” futbol klubu Güney Azərbaycanın Ərdəbil şəhərində nümayəndəlik açıb.

Bu barədə Türkiyə klubu ilə Ərdəbil İranlıları Klubu arasında müqavilə imzalanıb.

Ərdəbil klubunun icraçı direktoru Mehdi Şeyxluvənd nümayəndəliyin rəsmi təqdimat mərasimində qeyd edib ki, bağlanan müqaviləyə əsasən Türkiyənin “Qalatasaray” Futbol Akademiyasının rəsmi nümayəndəliyi Ərdəbil Əyaləti üzrə Ərdəbil İranlıları İdman Kompleksinə verilib.

Onun sözlərinə görə, “Qalatasaray” Akedemiyası hər ay iki beynəlxalq səviyyəli peşəkar məşqçi Ərdəbil İranlıları Klubuna göndərəcək. Onlar Avropa sisteminə uyğun yüksək səviyyəli məşqçilər yetişdirəcək. Yerli klub isə məşqlərində göndərilən məşqçilərin təlim metodlarına riayət edəcək.

Mehdi Şeyxluvənd təmsil etdiyi klubun bundan sonra beynəlxalq festivallar və “Qalatasaray”ın istedadlı futbolçular axtarışı proqramlarına qatıla biləcəyini bildirib.

“Ərdəbil İranlıları Klubu 10 ildir ki, fəaliyyət göstərir. Bu klub hər il 5-17 yaş arasında olan təxminən 2 min konüllüyə təlim keçir.
“Qalatasaray”ın Əlborz və Gilan Əyalətlərində də nümayəndəlikləri var, Ərdəbil ölkə üzrə 3-cü əyalətdir ki, orada məşhur klubun nümayəndəliyi fəaliyyətə başlayır.”- deyə Mehdi Şeyxluvənd əlavə edib.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed