Şrift:
Azərbaycan “Eurovision-2019” mahnı müsabiqəsinin finalına çıxıb
18.05.2019 [10:54] - Xəbərlər, Sosial, Mədəniyyət
Azərbaycan təmsilçisi Çingiz Mustafayev Tel-Əvivdə (İsrail) keçirilən "Eurovision-2019" mahnı müsabiqəsinin final mərhələsinə çıxıb.

O, yarımfinal mərhələsində "Truth" mahnısını ifa edib. Azərbaycanla yanaşı, Şimali Makedoniya, Hollandiya, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta da mayın 18-də keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Mayın 18-də keçiriləcək finalda iştirakçılar aşağıdakı ardıcıllıqla çıxış edəcəklər:
Malta, Albaniya, Çex Respublikası, Almaniya, Rusiya, Danimarka, San Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Niderland, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstraliya, İspaniya.

Azərbaycanı müsabiqədə "Truth" mahnısı ilə Çingiz Mustafayev təmsil edir.

Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed