Şrift:
“Fulad”ın ərəb tərəfdarlarından Azərbaycana dəstək verən şüar - VİDEO
18.05.2019 [11:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
18-ci super liqa yarışlarının sonuncu həftəsində Təbrizin “Traxtur” futbol komandası Xuzistanın “Fulad” klubunun qonağı olub.

Əhvazın Təxti stadionunda keçirilən görüşdə ev sahibinin ərəb tərəfdarları Azərbaycan komandasını böyük hörmətlə qarşılayıb, İran rejiminin zülmü altında yaşayan ərəb və Azərbaycan türk millətlərinin birliyini nümayiş etdirən şüarlar səsləndiriblər.



“Fulad” komandasının tərəfdarları əllərində “Azərbaycan türkləri bizim qardaşlarımızdır” yazılmış plakat da nümayiş etdirib. Onlar oyun başlamadan əvvəl də “Traxtur” komandasını səmimi alqışlarla qarşılayıblar.

"Traxtur"-"Fulad" görüşü 2:2 bərabər hesabla başa çatmışdır.

Ərəblər İran coğrafiyasında yaşayan ən böyük etnik qruplardan biridir. İranın bütün neft yataqları ərəb bölgəsində yerləşməsinə baxmayaraq onlar rejimin ayrı-seçkilik siyasəti nəticəsində yoxsul vəziyyətdə yaşayır. İranda ayrı-seçkilik siyasəti ilə üzləşən ərəblər bu baxımdan Güney Azərbaycan türkləri ilə oxşar taleh yaşayır. Bu amil son illərdə sözügedən iki milləti bir-birinə daha çox yaxınlaşdırıb.
Bu xəbər oxucular tərəfindən 38 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed