Şrift:
Həmədan Əyalətində 110 tarixi və antik əşya tapılıb
18.05.2019 [11:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Həmədan Əyalətinin Famenin şəhərində 110 tarixi və antik əşya tapılıb.

Bu barədə Famenin Şəhər Polis İdarəsinin komandanı polkovnik Heydəri məlumat verib.

“Polis əməkdaşları Tehran-Həmədan yolunda hərəkət edən bir minik avtomobilindn şübhələnib. Onlar avtomobili saxlayaraq yoxlayıblar. Avtomobildən 110 tarixi və antik əşya tapılıb.”- deyə o bildirib.

Tapılan əşyalar 24 müxtəlif sikkə, bilərzik, yazılı lövlə, üzük, yağla yanan daş və metal çıraqlardan ibarət olub.

Mədəni İrs Təşkilatının ekspertləri tapılan əşyaların min il eradan əvvəldən ta islama qədər aid olduğunu bildirib.

Tarixi əşyaların qaçaqmalçığı ilə məşğul olan iki nəfər tutularaq məhkəməyə göndərilib.
Bu xəbər oxucular tərəfindən 38 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed