Şrift:
İRNA: İranın zəlzələdən zərər çəkmiş bölgəsinə ilk humanitar yardım Azərbaycandan gəlib
14.08.2012 [11:49] - Güney Azərbaycan xəbərləri
“İranın zəlzələdən zərər çəkmiş bölgəsinə ilk humanitar yardım Azərbaycandan gəlib”.Bu barədə İranın rəsmi xəbər agentliyi olan İRNA məlumat yayıb. Məlumatda Azərbaycan tərəfinin İrana un, düyü, şəkər, yağ və digər ərzaq məhsulları ilə yanaşı, çadır və ədyal da göndərildiyi bildirilib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi (FHN) İranın zəlzələdən zərər çəkmiş bölgəsinə yardım yola salıb. Ümumilikdə İrana 25 yük maşınından ibarət yardım karvanı göndərilib.
Bu xəbər oxucular tərəfindən 1015 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed