Şrift:
UEFA Avropa Liqasının kuboku Gəncədə nümayiş olunub
20.05.2019 [10:22] - Gündəm, İdman
UEFA Avropa Liqasının kuboku Gəncəyə gətirilib.

Mayın 19-da UEFA Avropa Liqasının kuboku Nizami yurduna gətirilib və Heydər Əliyev adına Meydanda futbol azarkeşləri və ictimaiyyət qarşısında nümayiş olunub.

Avropa Liqasının təbliğat və kommersiya üzrə meneceri Tural Piriyev bildirib ki, tədbirin təşkilində məqsəd mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununda təqdim olunacaq kubokla idmansevərləri tanış etməkdir.

Kubokun ictimaiyyətə təqdimatından sonra maraqlı konsert proqramı təqdim olunub.Gənc musiqiçilər və rəqs qrupları özlərinin maraqlı ifaları ilə tamaşaçılar qarşısında çıxış ediblər.

Tədbir çərçivəsində həmçinin maraqlı əyləncəli oyunlar, yarışmalar və viktorinalar təşkil olunub. Viktorinanın qalibinə final oyununun 2 bileti hədiyyə olaraq verilib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.
Bu xəbər oxucular tərəfindən 42 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed