Şrift:
Fərəc Quliyev “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanın dvidentlərindən danışıb (video)
20.05.2019 [12:00] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev Avropa İttifaqi ilə Azərbaycan arasında imzalanacaq sazişin ictimai müzakirəyə çıxarılması ilə bağlı təkliflərə sədrlik etdiyi partiyanın mövqeyini açıqlayıb

Azad Azərbaycan Televiziyasının “ATV Aktual” verilişinin 17.05.2019 tarixli yayımında Prezidentin Brüssel səfəri müzakirə olunub.
Müzakirəyə dəvət olunan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanın yerinin və rolunun mahiyyətini izah edərək, ölkəmizin artıq Avropa üçün ciddi tərəfdaş olduğunu vurğulayıb və bildirib ki, burada tərəflərin iqtisadi maraqlarının təmin olunmasından əlavə, əldə olunan siyasi dividentin də böyük əhəmiyyəti vardır. Millət vəkili, prezidentin sözügedən səfərində bütün tribunalarda və görüşlərdə siyasi maraqları gündəmdə saxladığını həmin dvidentin göstəricisi kimi qiymətləndirib.
O, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sazişin ictimai müzakirəyə çıxarılması ilə bağlı təkliflərə də sədri olduğu partiyanın mövqeyini təqdim edib.

F.Quliyevin həmin verilişdəki şərhlərinin və açıqlamalarının videosunu təqdim edirik:

Bu xəbər oxucular tərəfindən 385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed