Şrift:
Musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqənin Qran-Pri mükafatına layiq görülüb
21.05.2019 [12:18] - Mədəniyyət
Rusiyanın Rostov şəhərində “Sehrli Arpecio” İnstrumental ifaçılıq üzrə beynəlxalq müsabiqə keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirilib ki, müsabiqə “The İnternational Organization of FolkArt” beynəlxalq təşkilatının Rusiya nümayəndəliyi və “Созвездие” müsabiqə agentliyinin təşkilatçılığı ilə təşkil edilib.

Müsabiqədə ölkəmizi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Burhanəddin Novruzov uğurla təmsil edib. O, müsabiqənin Qran-Pri mükafatına layiq görülüb.
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed