Şrift:
Fərəc Quliyev: Ermənistan kimi dövlətin mövcudluğu sual altında qalacaq (video)
21.05.2019 [12:44] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
MDHP sədri geosiyası proseslərdə Azərbaycanın və Ermənistanın mövqelərini şərh edib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev dünən – 20.05.2019 tarixində Azərbaycan Televiziyasının “Günün nəbzi” verilişinin qonağı olub. Geosiyasi proseslərdə Azərbaycanın yürütdüyü uğurlu siyasətin müzakirəsinə həsr edilmiş həmin verilişdə millət vəkili ölkəmizin geosiyasi və geoiqtisadi baxımdan mürəkkəb bir bölgədə yerləşməsinə baxmayaraq, öz mövqelərini qoruması və hətta əks qütblərdə təmsil olunanların Azərbaycanda bir masa ətrafında oturmasını dövlətin yürüdülən uzunmüddətli siyasətin dayanıqlığı və proseslərə uyğun çevik manevirlər edə bilmə bacarığının uğurlu nəticəsi kimi qiymətləndirib. O qeyd edib ki, həm də nəzərə alınmalıdır ki, bu uğurları müharibə şəraitində olan bir ölkə qazanıb.
Eyni zamanda Azərbaycan Avropa münasibətlərindən danışan partiya sədri Ermənistanla müqayisədə münasibətlərin səviyyəsini şərh edib və bununla bağlı misallar göstərib. O, Ermənistanın atdığı addımların bataqlıq effekti verdiyini vurğulayaraq, yürüdülən bu siyasətlə həmin dövlətin mövcudluğunun sual altında qalacağını bildirib.

F.Quliyevin həmin verilişdəki şərhlərinin və açıqlamalarının videosunu təqdim edirik:

Bu xəbər oxucular tərəfindən 583 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed