Şrift:
Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək
22.05.2019 [10:35] - Gündəm, Siyasət
Fransanın paytaxtı Paris şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro və Daimi Komitə iclasları keçiriləcək.
Bu barədə Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.
Mayın 23-24-də baş tutacaq tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.
İclaslarda AŞPA-da yeni siyasi qrupun yaradılması, AŞ-yə yeni baş katibin seçilməsi, Ukraynada, Şimali Makedoniyada keçirilmiş prezident seçkilərinin nəticələri, Qazaxıstanda keçiriləcək prezident seçkiləri, Ukraynada keçiriləcək parlament seçkilərinin müşahidəsi ilə bağlı müzakirələr aparılacaq.
Səməd Seyidov müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed