Şrift:
“Düşmən “yer-yer” tipli raketlərlə vurulmalı, yaratdığı infrastruktur məhv edilməlidir”
22.05.2019 [10:43] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Onlar işğaldakı ərazilərdə bayram keçirməklə bizi təhqir edirlər”

“2016-cı ilin aprelində demək olar ki, problemi həll etmişdik, amma Rusiya...”

Düşmənin işğal edilmiş torpaqlarımızda məskunlaşması, kilsələr, xəstəxanalar, məktəblər, hərbi hissələr, yollar, körpülər və s. inşa etməsi, bayram şənlikləri keçirməsi ölkəmizdə ciddi narahatlıqla qarşılanmaqdadır. Bəs Azərbaycan düşmənin bütün bu həyasızlığına qarşı indiki situasiyada konkret addımlar ata, problemin hərbi müstəvidə həlini təmin edə bilərmi?

Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev ermənilərin sülh yolu ilə münaqişənin həllindən yayındıqlarını və bununla da Azərbaycana problemin hərbi müstəvidə həllindən başqa yol qoymadığını qeyd etdi:

“Təbii ki, bu problemi birdəfəlik həll eləmək lazımdır. Biz bütün dinc vasitələrə əl atmışıq və görürük ki, bununla məsələ həll olunmur. 2016-cı ilin aprelində böyük güclər, xüsusilə də Rusiya problemin həllinə mane oldu. Amma söz verdilər ki, problem dinc yolla həllini tapacaq. Bunu isə etmədilər. Yoxsa biz hərbi yolla problemi həll etmiş olurduq.

Azərbaycan xarici diplomatiya sahəsində də kifayət qədər iş görüb, müharibənin, münaqişənin bütün təsnifatını hər kəsə tanıdıb.

Hesab edirəm ki, BMT-nin nizamnaməsinin 7-ci və 51-ci maddəsinə uyğun olaraq Azərbaycan konstitusiyaya, beynəlxalq konvensiyalara, BMT-nin 4 qətnaməsinə uyğun olaraq problemi hərbi yolla həll etməliyik. Biz buna hazırıq. 25 il danışıq olmaz. Hər şey ortadadır, düşmənlə nə danışacayıq ki? Ermənistan əvvəlcədən təcavüzü planlaşdıran siyasət yürüdür. Yəni təcavüzü əvvəlcədən planlaşdırıb. Bu, türk torpqlarında dövlət qurmaq siyasətidir. Onların öz mövqelərindən geri çəkilmək niyətləri də yoxdur. Ona görə də məsələni birmənalı şəkildə bitirmək lazımdır.

Ermənilər bizim ərazilərimizdəki mədənləri istismar edirlər. Yol çəkir, əhalini bu torpaqlarda məskunlaşdırırlar. Bu mədənlər, körpülər, yollar “yer-yer” tipli raketlər vasitəsi ilə məhv edilməlidir. Bunları dəqiq vurmalıyıq. Sanki hərbi təlim keçiririk. Bura bizim torpaqlarımızdır və bizim öz torpaqlarımızda atışlar həyata keçirmək ixtiyarımız var. Ermənilər bu yaxınlarda Ağdamda hərbi təlimlər keçirdilər. Onlar bizim ərazilərimizdə hərbi təlimlər keçirə bilirlər, biz öz ərazilərimizdə hərbi təlimlər keçirə bilmirik?”

Hava konsensiyaları ilə bağlı 89-cu maddə var. Düşmən və onun müttəfiqlərinin hava məkanından istifadəsinə mane olmaq hüququmuz var. Ermənilər işğaldakı torpaqlarımızda bayram edəndə onların vertolyotları, digər uçan aparatları vurulmalıdır. Xəbərdarlıq etdikdən sonra Xankəndi, Xocalı aeroportlarında uçuş sistemləri sıradan çıxarılmalıdır. Düşmənin bayram keçridiyi bütün əraizlərdə onları qorxutmaq üçün deyil, xəbərdarlıq edib ardınca hədəf atəşləri açmalıyıq. Bu, müharibədir. Onlar bizim ərazilərimizdə bayram edir. Bizi təhqir edirlər. Buna isə bütün üsullardan istifadə edərək son qoymalıyıq”.

Seymur ƏLİYEV
Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed