Şrift:
Cavid Qurbanov: "Bakı-Qəbələ qatarı gələn ilin yayında istifadəyə veriləcək"
22.05.2019 [10:52] - Gündəm, Sosial
"Gələn ilin yay aylarından sərnişinlər Bakıdan Qəbələyə sürət qatarı ilə gedə biləcəklər".
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin “Günün nəbzi” verilişində deyib.
“Artıq Ləki stansiyasında başlayaraq 45 km-lik yolun yarısının çəkilişi həyata keçirilib. Bu ilin sonuna torpaq yatağı işləri tam başa çatdırılacaq. Gələn ilin yayına dəmir yolu ilə Qəbələyə getmək mümkün olacaq. Bakıdan Qəbələyə kimi 280 km uzunluğu olan yolu sərnişinlər 2,5 - 3 saata rahat vaqonlarla qət edə biləcəklər”, - C.Qurbanov vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed