Şrift:
Həmsədrlər regiona səfər çərçivəsində Dağlıq Qarabağa da gələcəklər
22.05.2019 [10:57] - Gündəm, Siyasət
ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) may ayının sonunda regiona səfər edəcəklər.

Bu barədə Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan bildirib.

Onun szölərinə görə, həmsədrlər İrəvan, Xankəndi və Bakıya səfər edəcəklər.

“Atılacaq növbəti addımlar bu görüşdə müzakirə olunacaq”, - deyə A. Naqdalyan bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da həmsədrlərin bu ayın sonunda regiona səfərinin gözlənildiyini bildirib.

Zümrüd Paşkin
Bu xəbər oxucular tərəfindən 42 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed