Şrift:
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
22.05.2019 [10:58] - Güney Azərbaycan xəbərləri
“İranın Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır”.

Bunu Tehran Universitetinin rektoru Mahmud Ahmedabadi deyib.

Rəhbərlik etdiyi universitetdə türk dili kurslarını açmaq, türk şagirdlərini qəbul etməyə hazır olduqlarını diqqətə çatdıran rektor Türkiyə ilə geniş əməkdaşlığa sahib olduqlarını ifadə edib.

O, əlavə edib ki, iki ölkə regionda elm və texnologiya sahəsində öndədir. Bu məqsədlə əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini dilə gətirən Tehran təhsil ocağının rəhbəri Türkiyə universitetləri ilə beynəlxalq əməkdaşlıq çərçivəsində tələbə mübadiləsinin əhəmiyyətindən də söz açıb və buna hazır olduqlarını vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed