Şrift:
Qırğızıstanın Oş şəhərinin meri türk dünyasının şairləri ilə görüşüb
23.05.2019 [10:47] - Gündəm, Türk dünyası-Turan
Qırğızıstanın Oş şəhərinin meri Taalaybek Sarıbaşov bu qədim şəhərin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı tədbirlər çərçivəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı türk dövlətləri şairlərinin poeziya gecəsində iştirak edən şairlərlə görüşüb.

Görüşə TÜRKSOY-un sədri Düsen Kaseinov, Azərbaycan, Türkiyə, Qırğızıstanla Qazaxıstan, Özbəkistan, Makedoniya, Saxa-Yakutiya və Başqırdıstandan gələn şairlər qatılıb.

Azərbaycandan bu görüşdə Akif Əhmədgil və Elçin İskəndərzadə iştirak edib.

Taalaybek Sarıbaşov “Oş-türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı keçirilən tədbirləri və ilin sonunadək bu istiqamətdə baş tutacaq layihələr haqqında məlumat verib.

Sonra o, poeziya gecəsində iştirak edən şairlərə hədiyyələr təqdim edib.

Qonaqlar çıxış edərək qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed