Şrift:
Azərbaycan məhsullarının Çinə ixracına dair razılığa gəlinib
23.05.2019 [10:48] - Gündəm, İqtisadiyyat
Azərbaycan məhsullarının Çinə ixracına dair razılıqlar əldə olunub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, "Made in Azerbaijan" brendinin təşviqi, yerli məhsulların Çin bazarında ixracının artırılması məqsədilə Azərbaycanın ixrac missiyası Çinin Şanxay və İvu şəhərlərində olub.

İxrac missiyasına qida, şərab və digər spirtli istehsalı ilə məşğul olan 17 Azərbaycan şirkəti daxil idi. İxrac missiyası çərçivəsində İvu şəhərində azərbaycanlı sahibkarlar Çindən olan iş adamları ilə ixraca dair müzakirələr aparıb, məhsullarının Çinə ixracına dair razılıqlar əldə edilib.

Şanxayda isə Çin Milli Qida və Fermentasiya Sənayesi Tədqiqatı İnstitutunun dəstəyi ilə Azərbaycan şərablarının dequstasiyası təşkil edilib, Çin dilində www.azerbaijanwine.cn elektron səhifənin təqdimatı keçirilib.
Bu xəbər oxucular tərəfindən 401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed