Şrift:
Cakartada kütləvi etiraz aksiyaları davam edir
23.05.2019 [10:51] - Gündəm, Hadisə
Cakartanın bir neçə rayonunda ötən gecə polis ilə etirazçılar arasında qarşıdurmanın yeni dalğası qeydə alınıb.

Qarşıdurma əsasən şəhərin mərkəzində, Seçkiləri Müşahidə Agentliyinin yaxınlığında baş verib.

Şahidlərin bildirdiyinə görə, etirazçılar polis kordonuna daş və içərisində yandırıcı maddə olan butulkalar atıblar. Nəticədə agentliyin ikinci mərtəbəsində yanğın baş verib, lakin onun qarşısı tezliklə alınıb.

Buna cavab olaraq polis etirazçılara qarşı xüsusi vasitələrdən, gözyaşardıcı qazdan və suatan qurğulardan istifadə edib.

Səhərə yaxın vəziyyət sabitləşsə də Cakartanın bir neçə mərkəzi küçəsi o cümlədən agentliyin yaxınlığındakı küçələr nəqliyyatın və piyadaların hərəkəti üçün bağlanıb.

Təqribən 260 nəfərin polis tərəfindən həbs edildiyi bildirilir.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed