Şrift:
Yevlaxda tələbələrin olduğu mikroavtobus qəzaya düşüb, 2 nəfər ölüb, 22 nəfər xəsarət alıb
23.05.2019 [11:20] - Gündəm, Hadisə
Yevlaxda baş verən ağır yol qəzasında yaralananların adları məlum olub.

ONA yerli bürosu yaralananlardan 18 nəfərinin adlı siyahısını əldə edib. Onlar - 2001-ci il təvəllüdlü Şahmalı İlbikə Ramil qızı, 1994-cü il təvəllüdlü Məmmədli Aygün Azər qızı, 2002-ci il təvəllüdlü Behbudov Murad Hüseyn oğlu, 1989-cu il təvəllüdlü Məhərrəmova Gülər Vidadi qızı, 1999-cu il təvəllüdlü İbrahimov Şahlar Abbas oğlu, 2001-ci il təvəllüdlü Əkbərov Əziz Əkbər oğlu, 2000-ci il təvəllüdlü Cəfərova Firuzə Rövşən qızı, 1977-ci il təvəllüdlü Hüseynova Aynurə Adil qızı, 1960-cı il təvəllüdlü Şəhriyarov Xudaverdi Qəzənfər oğlu, 2000-ci il təvəllüdlü Alxanov Elşən Rövşən oğlu, 2000-ci il təvəllüdlü Nəsibli Ülviyyə Ədalət qızı, 1999-cu il təvəllüdlü Məmmədova Nigar Azər qızı, 1993-cü il təvəllüdlü Məmmədova Rufanə Hüseyn qızı, 2003-cü il təvəllüdlü Cəbrayılov Elzamin Pərviz oğlu, 2002-ci il təvəllüdlü Qədirli Aytac Seymur qızı, 2002-ci il təvəllüdlü Nəcəfli Aysu Azər qızı, 2001-ci il təvəllüdlü Həsənov Ümid İsmayıl oğlu, 1982-ci il təvəllüdlü İmanova Gülnar Adil qızıdır.

***

Yevlaxda baş verən yol qəzasında 22 nəfər xəsarət alıb.

ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində bir nəfər hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda ölüb. Onlar - 2006-cı il təvəllüdlü Sevindik Tamerlan oğlu İmanzadə və Səadət Məzahir qızı Musayevadır.

Yaralılardan 19 nəfəri Yevlax Mərkəzi Rayon Xəstəxansına, 3 nəfəri isə Mingəçevir şəhər Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların əksəriyyəti Yevlax sakinləridir.

***

Saat 09:08

Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisində "Mercedes" markalı mikroavtobusun aşması nəticəsində daha bir nəfər xəstəxanada dünyasını dəyişib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, Mingəçevir xəstəxanasına çatdırılan yaralılardan gənc bir qız orada keçinib.

Ümumilikdə isə qəza nəticəsində bir nəfərin hadisə yerində dünyasını dəyişdiyi, daha 7 nəfərin yaralı halda Yevlax xəstəxanasına, 3 nəfərinsə Mingəçevir xəstəxanasına çatdırıldığı məlumdur.

Qəzada ölənlərdən birinin kimliyi məlum olub. Bu, Musayeva Səadət Məzahir qızıdır.O Mingəçevir şəhər xəstəxanasına aparılarkən keçinib.

***

Saat 08:38

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

ONA-nın Mingəçevir bürosunun xəbərinə görə, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Bildirilir ki, Yevlax-Xaldan-Mingəçevir istiqamətlərində hərəkət edən "Mercedes" markalı mikroavtobus rayonun Xaldan istiqamətində hərəkətdə olarkən təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində, ilkin məlumata görə, adı hələlik dəqiqləşdirilməmiş oğlan sərnişin yerindəcə dünyasını dəyişib. Əlavə olaraq 7 yaralı Yevlax, 3 yaralı isə Mingəçevir xəstəxanasına aparılıb.

Qəzaya düşənlərin əsaəsn Mingəçevirdə təhsil alan yevlaxlı tələbələr olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed