Şrift:
Fərəc Quliyev: Ermənistanda hakimiyyətsizlik mühiti yaranıb (video)
23.05.2019 [12:33] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
MDHP sədri Ermənistandakı siyası vəziyyəti şərh edib

Xəzər Televiziyasının “Xəzər Aktual” verilişinin dünənki – 22.05.2019 tarixli yayımında Ermənistanda yaşanan siyasi böhran, dərinləşən ziddiyyətlər və idmanı siyasiləşdirmək cəhdləri mövzuları ətrafında müzakirələr aparılıb. Müzakirələrə qatılan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Ermənistanda baş verənlərin bu ölkənin resurslarının tükənməsi və hazırkı hakimiyyətin verdiyi vədləri yerinə yetirə bilməməsi ilə bağlı olduğunu bildirib. Baş nazirin məhkəmələrə müdaxiləsi və Avropa təsisatlarının buna etirazı ilə bağlı hadisəni F.Quliyev Ermənistanın ortaya çıxan mahiyyəti kimi qiymətləndirərək bildirib ki, bu hadisə dövlətin dözümsüzlüyünün etnik münasibətlərdən daxili münasibətlərə keçidinin göstəricisidir. Partiya sədri Ermənistandakı mövcud pərakəndəliyi isə hökumətin defakto legitimliyi qazana bilməməsi və hakimiyyətsizlik mühitinin yaranması ilə izah edib. Millət vəkili aparılan islahatlar və inkişaf dinamikası baxımından Ermənistanın Azərbaycanın arxasınca sürünməsini və heç bir nəticənin əldə olunmaması baxımından Rusiyanın müttəfiqlik siyasətinə yenidən baxması və Ermənistanla hərbi anlaşmalarına aydınlıq gətirməsinin Rusiyanın xeyrinə olacağını bildirib.

F.Quliyevin həmin verilişdəki şərhlərinin videosunu təqdim edirik:

Açılmazsa TIKLAYIN

Bu xəbər oxucular tərəfindən 1072 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed