Şrift:
Böyük Britaniya XİN Tereza Meyin istefası barədə məlumatı təkzib edib
24.05.2019 [10:43] - Siyasət
Böyük Britaniyanın Baş naziri Tereza Mey ABŞ Prezidenti Donald Trampın iyunun əvvəlində Birləşmiş Krallığa dövlət səfəri zamanı öz postunda olacaq.

Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant “Sky News” telekanalının efirində deyib. “Tereza Mey Prezident Donald Trampı baş nazir qismində qəbul edəcək və bu, tamamilə doğrudur”, - deyə nazir bildirib.

Qeyd edək ki, bir qədər əvvəl “The Times” qəzeti Nazirlər Kabinetindəki mənbələrə istinadla Tereza Meyin Brexit barədə mövqeyinin parlamentlə üst-üstə düşməməsi səbəbindən mayın 24-də istefa verəcəyi ilə bağlı informasiya yaymışdı. Nəşrin məlumatına əsasən, Tereza Mey sıravi parlament üzvlərini birləşdirən və partiya liderinin seçimi və dəyişməsi məsələsini müəyyən edən 1922 komitəsinin rəhbəri Qrem Breydi ilə görüşdən sonra istefa verə bilərdi.

ABŞ Prezidenti Donald Tramp iyunun 3-5-də kraliça II Elizabetin dəvəti ilə Böyük Britaniyaya dövlət səfəri edəcək. Ötən ilin iyul ayında Amerika administrasiyasının rəhbəri Böyük Britaniyaya işçi səfəri etmişdi.
Bu xəbər oxucular tərəfindən 329 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed