Şrift:
Bakıda aerobika üzrə Avropa çempionatı başlayır
24.05.2019 [11:05] - İdman
Mayın 24-də Bakıda aerobika üzrə Avropa çempionatı start götürəcək.
Azərbaycanda ilk dəfə təşkil olunacaq yarış 3 günü əhatə edəcək. Milli Gimnastika Arenasında böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) proqramında yarışacaqlar.
Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum 3-də çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələri baş tutacaq.
Azərbaycan yarışda 17 gimnastla təmsil olunacaq. Onlardan Ayxan Əhmədli, Vladimir Dolmatov, Emil Quliyev, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Balaxanım Əhmədova, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli və Mədinə Mustafayeva böyüklərin yarışında iştirak edəcəklər.
Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatma Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova gənclər arasında mübarizə aparacaqlar.
Bu xəbər oxucular tərəfindən 380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed