Şrift:
Vladimir Zelenski Rusiya ilə dialoq aparmayacaq
24.05.2019 [11:08] - Siyasət
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqlar aparılması ehtimalını istisna edib.
Bu barədə Ukrayna dövlət başçısı "IFORUM - 2019" forumunda çıxışına başlamazdan əvvəl Kiyevdə jurnalistlərə bildirib.
Rusiyanın İctimai Televiziyasının jurnalistinin "Rusiya ilə danışıqlar aparacaqsınızmı" sualına V.Zelenski "Xeyr" deyə cavab verib.
Daha sonra çıxışı zamanı V.Zelenski bir neçə dəfə Rusiyanın hər cəhətdən Ukraynadan öndə olduğunu qeyd edib, ancaq onu təcavüzkar adlandırıb.
Bu xəbər oxucular tərəfindən 333 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed