Şrift:
Moskvada Fuad Abbasovun Hüquqlarını Müdafiə Komitəsi yaradılıb
24.05.2019 [11:10] - Gündəm, Diaspor
Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı jurnalist Fuad Abbasovun Hüquqlarını Müdafiə Komitəsi yaradılıb.
Komitəyə 7 nəfər daxildir.
Müdafiə komitəsində Fuad Abbasovun hüquqlarını müdafiə edən vəkil Elman Paşayevlə yanaşı, vəkil Azər Rəfiyev də təmsil olunur.
Komitənin üzvü Oktay Hüseynov "Report"un yerli bürosuna deyib ki, azərbaycanlılar arasında Fuad Abbasovun saxlanılması ilə bağlı səhv məlumatlar yayılır: "Rusiya azərbaycanlılarının qanunlara riayət etməsi və müxtəlif icazəsiz aksiyaların keçirilməsinin qarşısının alınması üçün belə bir qurum yaradılıb. Rusiya Federasiyasında fəaliyyət göstərən müxtəlif ictimai təşkilatların nümayəndələrindən ibarət qrupa Məhəmməd Rəfiyev sədr seçilib".
Müdafiə komitəsi adından Rusiyada yaşayan azərbaycanlılara və kütləvi informasiya vasitələrinə müraciət olunacaq.
Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir.
İqbal Rüstəmov
Bu xəbər oxucular tərəfindən 59 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed