Şrift:
Qorqanda yoqa dərslərinə qatılan 30 qadın və kişi “namünasib geyim” səbəbindən həbs edilib
25.05.2019 [10:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Gülüstan vilayətinin Qorqan şəhərində yoga dərslərində iştirak edən təqribən 30 kişi və qadın polis tərəfindən “qeyri-münasib paltar” geyindikləri üçün həbs edilib.

Yerli polis orqanlarının yaydığı məlumata əsasən, “İnstagram” sosial şəbəkəsində 1 şəxs yoqa dərsləri keçirməsi ilə bağlı elan paylaşıb. Bundan məlumat tutan İran polisi tədqiqatlara başlayıb və məlum olub ki, yoqa dərsləri “qanunsuz olaraq” şəxsi mənzildə keçirilir, eləcə də ona qatılan qadın və kişilər “münasib olmayan paltarlar” geyinirlər. Polisin keçirdiyi əməliyyat nəticəsində mənzildə olan təqribən 30 kişi və qadın həbs edilib.

Xatırladaq ki, ötən gün İranda küçə musiqisi ilə məşğul olan bir neçə şəxsin də “İnstagram” səhifəsi İran polisi tərəfindən bloklanmış, özləri isə polis şöbəsinə dəvət olunmuşdular.

Ümumiyyətlə, son aylar ərzində İranda mədəniyyətlə məşğul olan insanlara qarşı amansız təqib hökm sürməkdədir. Bu müddət ərzində incəsənət xadimləri, fotoqraflar, rəqqaslar, moda sahəsində fəaliyyət göstərənlər və digər bu kimi şəxslərin “İnstagram” səhifələri bloklanıb, özləri polis bölməsinə çağırılıb, hətta bəziləri həbs edilib.
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed