Şrift:
Milli Qiyamın ildönümündə Sulduz şəhidlərinin anım mərasiminə gedən 4 fəal saxlanılıb
25.05.2019 [10:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
2006-ci il 22 May hadisələrinin (Milli Qiyam – 1385-ci il 1 Xordad hadisələri) növbəti ildönümü günlərində Sulduz şəhidlərinin anım mərasimində iştirak etmək məqsədi ilə Qərbi Azərbaycana gəlmək istəyən 4 azərbaycanlı fəal yolda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Hələlik Murtaza Məhəmmədi, Əlirza Çingizi, Murtaza Səfəri və Dədələr Əsğəriyanın hansı ittihamla saxlandığı bilinmir, onlar naməlum istiqamətə aparılıb.

Bu günlər 2006-cı ilin may ayında Güney Azərbaycanda baş vermiş hadisələrin 13-cü ildönümüdür. İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” qəzetində Azərbaycan türklərinin kobud şəkildə təhqir edilməsi kütləvi etirazlara səbəb olmuşdur. Soydaşlarımız tərəfindən həyata keçirilən aksiyalar qısa müddətdə bütün Güney Azərbaycan şəhərlərini bürüdü. Təxminən 10 gün davam edən və 1 Xordad (22 May) Hərəkatı adı alan aksiyalar zamanı onlarla azərbaycanlı şəhid olub, yüzlərlə insan yaralanıb və çox sayda etirazçı həbs olundu.

2006-cı il mayın 25-də Sulduzda keçirilən dinc aksiyada Tohid Azəryun, Hümmət İsmzadə, Hüseyn Fəthipur və Əsgər Qasimi adlı 4 soydaşımız təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olmuşdur.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed