Şrift:
Azərbaycanlı sənətkarın “Kabusumuz qalıcıdır” qalmaqallı etiraz performansı nümayiş etdirilib – Ərdəbildə
25.05.2019 [11:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil şəhərində “Kabusumuz qalıcıdır” etiraz performansı azərbaycanlı sənətkar və milli-mədəni fəal Mustafa Pərvin tərəfindən nümayiş etdirilib.

Konseptual və vizual sahələrinin sənətkarı olan M.Pərvin tamaşanı bir qrup ərdəbilli izləyicinin qarşısında ötən günlərdə səhnələşdirib.

Tamaşanın səhnələşdirildiyi məkan sənətkarın evinə çevrilib. Bu mühit sənətkarın rəsm əsərlərində olduğu kimi, elementlər və nişanların birləşməsi, kobud dekorasiya və qaranlıq bir yer kimi zamanın atmosferini əks etdirir.

Səhnənin sağ tərəfində baş rol aktyoru ilə yanaşı, qara geyimli bir polis güc strukturlarının simvolu kimi dayanıb, o bu müddətdə səhnə və tamaşaçıları izləyib.

Müasir sənətkar çıxışı boyunca bugünkü cəmiyyətin şiddət və ictimai-siyasi narazılığına dair anlayışların çatdırılması üçün bədənindən reallığın təminçisi kimi istifadə edib.

Azərbaycanlı sənətkar təhlükəli bir vəziyyətə düşdüyü zaman bədən hərəkətlərini radikallaşdıraraq özünü siqaretlə yandırmaq, üz və sinəsini bıçaqla kəsmək, şüşə və güzgü kimi alətlərlə özünü yaralamaq, özünə şallaq zərbəsi vurmaq, sonda isə üzərinə yanıcı maye tökərək özünü yandırmaqla bədəninin müxtəlif nahiyyələrinə ağır xəsarət yetirib.



M.Pərvin tamaşanı nümayiş etdirdikdən sonra izləyicilərlə söhbət edib. O səhnələşdirdiyi tamaşa barəsində məlumat verərək onu özünü ifadə etmək üçün bir vasitə olduğunu bildirib. Ədalətsiz qanun və siyasətə qarşı hər vətəndaşın “etiraz etmək” hüququ olduğunu bildirən M.Pərvin İranda insan hüquqlarının tapdalanmasına qarşı etirazını bu şəkildə bəyan etdiyini qeyd edib.

Azərbaycanlı sənətkar ötən noyabr ayında, 21 Azər Hərəkatının növbəti ildönümü günlərində özünün rəssamlıq sərgisini də keçirib. O bundan əvvəl sərgisinə verilən icazənin təhlükəsizlik qüvvələri tərəfindən ləğv edildiyi üçün sərgini öz evində keçirməli olmuşdur. M.P
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed