Şrift:
Musa Qasımlı: Azərbaycan beynəlxalq dialoqun qurulmasında platforma rolunu oynayır
25.05.2019 [12:04] - Gündəm, Mədəniyyət
Paytaxtımızda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dövlətlərin əksəriyyətini narahat edən çağırışların həlli yollarını tapmaq istiqamətində səmərəli müzakirələrin aparılması baxımından çox əhəmiyyətli oldu.

Bu fikri müsahibəsində Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib. O qeyd edib ki, builki Foruma 100-dən çox ölkədən dinlərarası və mədəniyyətlərarası dialoq sahəsində çoxsaylı peşəkar mütəxəssislər və ekspertlər qatılıb. Müasir dövrdə Azərbaycan dinlərarası, mədəniyyətlərarası münasibətlərin qurulmasında dünya üçün bir nümunədir. Bu sahədə son illər Azərbaycanda bir sıra mühüm tədbirlər, beynəlxalq elmi konfranslar, genişmiqyaslı forumlar təşkil edilib. Bütün bu tədbirlər göstərir ki, Azərbaycan beynəlxalq dialoqun qurulmasında platforma rolunu oynayır.
Bu xəbər oxucular tərəfindən 43 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed