Şrift:
Tbilisidə Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli hərbi əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub
27.05.2019 [10:46] - Xəbərlər, Hərb
Gürcüstanda səfərdə olan Türkiyənin müdafiə naziri Hulusi Akar gürcü həmkarı Levan İzoria ilə görüşüb.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə Gürcüstan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq və gələcək planlar müzakirə olunub.
L.İzoria Gürcüstanın ərazi bütövlüyü və Avroatlantik məkana inteqrasiyasını dəstəklədiyinə görə Türkiyəyə minnətdarlığını bildirib. Nazir türkiyəli həmkarına ölkənin müdafiə qüvvələrində həyata keçirilən islahatlar barədə məlumat verib.
Tərəflər həmçinin hərbi təhsil sahəsində birgə əməkdaşlıq, Türkiyə və Gürcüstan hərbçilərinin birgə təlimlərdə iştirakı məsələlərini də nəzərdən keçiriblər.
Nazirlər Gürcüstan-Türkiyə və Gürcüstan-Türkiyə-Azərbaycan formatında hərbi sahədə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər. Onlar qeyd ediblər ki, ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi bölgədə təhlükəsizliyin gücləndirilməsinə töhfə verə bilər.
Bu xəbər oxucular tərəfindən 370 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed